Maştağada ağır qəza: ölən var

Maştağada ağır qəza: ölən var
09:12 20 Sentyabr 2019
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhərinin Maştağa qəsəbəsində ağır yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qəsəbənin Kirov dairəsi adlanan ərazisində "VAZ 2106" markalı avtomobil ilə "Mercedes" markalı avtomobil toqquşub. Nəticədə "VAZ 2106" markalı avtomobilin sürücüsü 75 yaşlı Fəttahov Hidayət Seyidmiri oğlu hadisə yerində ölüb.

Qəza nəticəsində 1948-ci il təvəllüdlü Fəttahova Ətiyyə Nuhbala qızı və "Mercedes" markalı avtomobilin sürücüsü 39 yaşlı Həsənov Rafiq Tolik oğlu ağır yaralanıb.

Yaralılar təcili olaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Ə.Fəttahovaya sağ baldırın kəsilmiş yarası diaqnozu, R.Həsənova isə qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ bazu sümüyünün əzilməsi diaqnozu qoyulub. Vəziyyətləri ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/787600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR