Dünya çempionatı: Mahir Əmiraslanov lisenziya və medal şansını əldən verib

Dünya çempionatı: Mahir Əmiraslanov lisenziya və medal şansını əldən verib
09:17 20 Sentyabr 2019
93 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Mahir Əmiraslanov  təsəlliverici görüşünə çıxıb.

 "Report"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 57 kq çəki dərəcəsində yer alan Mustafayevin rəqibi monqolustanlı Bexbayar Erdenebat olub. İlk yarıda 4 xallıq fəndlə Erdenabat 4:1 hesablı üstünlük əldə edib. İkinci hissədə azərbaycanlı pəhləvan xalları bərabərləşdirsə də, məhz texniki fənd hesabına rəqibi mərhələ adlayıb. 
Mustafayev isə dünya çempionatı ilə medal və lisenziyasız vidalaşıb.

09:04***

Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında bu gün Azərbaycanın 6 güləşçisi yarışacaq. 
"Report"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, onlardan 2-si bürünc medal uğrunda təsəlliverici görüşlərə çıxacaqsa, qalanları mübarizəyə qoşulacaq.

Əvvəlcə Mahir Əmiraslanov 57 kq çəkidə monqolustanlı dünya mükafatçısı, Asiya çempionu və Asiya Oyunlaırının qalibi Bexbayar Erdenebatla ilk təsəlliverici döyüşünü keçirəcək.

Ardından Ağahüseyn Mustafayev 70 kq çəkidə təsnifat mərhələsinin görüşünə çıxacaq. Rəqib türkiyəli Haydar Yavuz olacaq.

Daha sonra Hacı Əliyev 65 kq çəkidəki ilk təsəlliverici görüşündə misirli Amr Reda Ramadan Husseni sınağa çəkəcək.

74 kq çəkidəki Hacımurad Hacıyev təsnifat mərhələsində Asiya və dünya çempionu, olimpiadaların ikiqat mükafatçısı, hindistanlı Suşil Kumarla qarşılaşacaq.

125 kq çəkidəki Cəmaləddin Məhəmmədov da mübarizəyə təsnifat mərhələsindən başlayacaq. O, ilk görüşündə belaruslu Vitali Pesnyakla üz-üzə gələcək.

92 kq çəkidəki Şamil Zubairovun ilk görüşü isə 1/8 finala təsadüf edəcək. Zubairov türkiyəli Süleyman Karadenizə rəqib olub.

Mustafayev və Zubairov qeyi-olimpiya, qalanları isə olimpiya çəkilərində yarışacaqlar. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün yarımfinaladək və ya son təsəlliverici - bürünc medal görüşünədək irəliləmək lazımdır.

Qeyd edək ki, artıq Azərbaycanın yunan-Roma və qadın güləşçiləri dünya çempionatlarında çıxışlarını başa vurublar. Onlardan qadın güləşində Mariya Stadnik (50 kq) qızıl medal və "Tokio 2020"yə lisenziya, Elis Manolova (65 kq) bürünc medal, yunan-Roma güləşində isə Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medal əldə edib.


Dünya çempionatı
20 sentyabr

70 kq
Təsnifat. Ağahüseyn Musafayev - Heydər Yavuz (Türkiyə)

74 kq
Təsnifat. Hacımurad Hacıyev - Suşil Kumar (Hindistan)

92 kq
1/8 final. Şamil Zubairov - Süleyman Karadeniz (Türkiyə)

125 kq
Təsnifat. Cəmaləddin Məhəmmədov - Vitali Pesnyak (Belarus)

57 kq
Təsəlliverici görüş. Mahir Əmiraslanov - Bexbayar Erdenebat (Monqolustan)

65 kq
Təsəlliverici görüş. Hacı Əliyev - Amr Reda Ramadan Hussen (Misir)


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/dunya-cempionati-mahir-emiraslanov-lisenziya-ve-medal-sansini-elden-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR