Bakıda kirayə yaşayan 52 yaşlı kişi kafenin qarşısında bıçaqlandı

Bakıda kirayə yaşayan 52 yaşlı kişi kafenin qarşısında bıçaqlandı
09:50 20 Sentyabr 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, Biləcəri-Sulutəpə avtomobil yolunun kənarındakı "555" kafesinin qarşısında Oğuz rayon sakini, Sulutəpə qəsəbəsində kirayədə yaşayan, 1967-ci il təvəllüdlü Salahov Saleh Bəşir oğlu tanımadığı şəxslə mübahisə edib. Mübahisə nəticəsində həmin şəxs S.Salahova bir neçə bıçaq zərbəsi vurub hadisə yerindən qaçıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3121296.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR