Opera və Balet Teatrı mövsümü açıq elan edib

Opera və Balet Teatrı mövsümü açıq elan edib
10:08 20 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Sentyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı mövsümü Ü.Hacıbəylinin “Koroğlu” üçpərdəli operası ilə açıb.

Trend-in məlumatına görə, Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunan səhnə əsərində Koroğlu obrazını Əməkdar artist Ramil Qasımov canlandırıb.

Bundan başqa, səhnə əsərində digər rolları teatrın aparıcı solistlərindən Əməkdar artistlər Afaq Abbasova (Nigar) Cahangir Qurbanov (Həsən xan), Xalq artistləri Əli Əsgərov (İbrahim xan), Əkrəm Poladov (Alı kişi), Fidan Hacıyeva (Xanəndə qız), solist Taleh Yahyayev (Ehsan paşa) və başqaları ifa ediblər.

Operanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edib.

Qeyd edək ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.

Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, UkraynaGürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3121280.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR