Sumqayıt şəhəri və 2 rayonda qaz olmayacaq

Sumqayıt şəhəri və 2 rayonda qaz olmayacaq
10:36 20 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Azəriqaz” İstehsalat Birliyində 2019-2020-ci ilin payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir.

Birlikdən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhərinin bir hissəsini təbii qazla təmin edən diametri 530 mm-lik “Şəhər-4” orta təzyiqli qaz xəttində təmir-bərpa işlərinin aparılması məqsədilə qaz təchizatının dayandırılmasına zərurət yaranıb. Bu zaman saat 10:00-dan etibarən işlər başa çatanadək Sumqayıt şəhərində bir qrup abonentin qaz təchizatında fasilə olacaq.

Bundan başqa, “Qaz İxrac” İdarəsinin balansında olan “Bəydilli” ölçü qovşağında bir sıra quraşdırma işlərinin aparılması ilə bağlı səhər saat 09:00-dan 18:00-dək Neftçala rayonunun bir neçə kəndində qaz təchizatı dayandırılıb. İsmayıllı rayonunda da qaz xətlərində quraşdırma işlərinin görülməsi üçün saat 10:00-dan bir neçə yaşayış məntəqəsində qaz verilişində fasilələr yaranacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/energy/3121319.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR