Mark Zukenberq "Ağ Ev"də Trampla görüşüb

ABŞ prezidenti Donald Tramp sosial media nəhəngi "Facebook"un sahibi Mark Zukenberq ilə "Ağ Ev"də görüşüb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Tramp özünün "Tvitter" hesabında etdiyi paylaşımda "Facebook" CEO-su Mark Zukenberq ilə bu gün ofisdə gözəl bir toplantı keçirdi" sözlərini qeyd edib. Həmin paylaşımda Tramp görüş zamanı çəkilən bir fotonu da paylaşıb.

"Facebook"dan verilən yazılı açıqlamada isə bildirilib:

"Mark gələcəkdə ediləcək internet tənzimləmələrinə dair siyasətcilərin problemlərini dinləmək və onlarla danışmaq üçün Vaşinqtona gedib. Həmçinin mark prezident Donald Tramp ilə də bu gün bir toplantı gerçəkləşdirib".




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR