“Öz qızını döyən hakimiyyətə gəlsə, bizi öldürər, dizimizi sındırar” - Emin Milli

“Öz qızını döyən hakimiyyətə gəlsə, bizi öldürər, dizimizi sındırar” - Emin Milli
10:42 20 Sentyabr 2019
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Mühacirətdə olan müxalifətçi, "Meydan TV"nin keçmiş rəhbəri Emin Milli AXCP sədri Əli Kərimli və müavin Fuad Qəhrəmanlı haqda sərt ittihamlar səsləndirib. 

Milli.Az azxeber.com-a istinadən həmin açıqlamanı təqdim edir: 

"Barmaqlarımızı sındıranlar

Seljan xanımın cəsarəti mənə bizim iyrəncliyin içində ümid verən bir işıqdır. Vicdanı olan, insanlığını hələ itirməyən hər kəs Seljanı müdafiə etməlidir, anasına dəstək olmalıdır.

Öz qızının dizini sındıran və həyat yoldaşının barmaqlarını sındıran bir cinayətkar (Fuad Qəhrəmanlı)  mütləq həbs edilməlidir və cəzasını almalıdır.

Seljanın dediklərinə görə, Əli Kərimli onun anasına boşanmaqdan vaz keçməyi məsləhət görüb, uşaqlarının gələcəyi haqqında düşünməyi məsləhət bilib. Mənə görə bu cinayyətə bəraət qazandırmaqdır, zorakılığı dəstəkləməkdir. Dizini sındıran atası ilə o qızın hansı gələcəyi ola bilər? Normal bir ölkədə Əli Kərimli belə fikirlərə görə hamıdan üzr istəyib istefa verməli idi, AXCP üzvləri Fuad Qəhrəmanlının və Əli Kərimlinin istefalarını tələb etməliydilər. 

AXCP-nin liderlərinin azadlıq haqqında, insan haqqları haqqında, demokratiya haqqında danışmağa heç bir mənəvi haqqları yoxdur. Bu iyrəncliyi dəstəkləyən, müdafiə edən istənilən şəxs potensial cinayyətkardır və totalitar düşüncəli məxluqdur. Fərqi yoxdur höküməti dəstəkləyən, müxalifəti dəstəkləyən və ya siyasətə qarışmayan biri olsun.

Bu bir ailənin daxili işidir deyənlər isə onda gərək Azərbaycan polisi onları əzəndə beynəlxalq təşkilatlara üz tutmasınlar. Hökümət də elə eyni məntiqlə Sizi əzib deyir ki, bu bizim daxili işimizdir. 

Biz xalq olaraq və cəmiyyət olaraq azad olmaq istəyiriksə gərək bu azadlığı ilk növbədə ailəmizdə qurmağı öyrənək. Öz ailəsində ailə üzvlərini döyəni hakimiyyətə gətirsək, bunlar bizi meydanlarda minlərlə öldürərlər, dizlərimizi, barmaqlarımızı sındırarlar".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/787651.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR