Azərbaycanda qızıl təşvişi - SƏBƏBLƏR

Azərbaycanda qızıl təşvişi - SƏBƏBLƏR
13:42 16 Yanvar 2015
110 Sosial
Ölkə mətbuatı
A- A+

Dünya bazarlarında xam neftin ucuzlaşması sərmayəni qorumaq üçün alternativ yolların aranmasını aktivləşdirib. "Pulun batmaması üçün" vasitələrdən biri də həmişə olduğu kimi, qızıldır.
 
Azərbaycanda qızılın bahalaşdığı müşahidə olunur. Proses spontandır və idarəolunmaz təsir bağışlayır.
 
Milli.Az olayla bağlı olaraq ekspertlərin fikirlərini öyrənib.
 
İqtisadçı ekspert Qubad İbadoğlu Milli.Az-a açıqlamasında bu cür artımın gözlənilən olduğunu dedi.
  
“Azərbaycanda bu prosesin, qiymət dəyişikliklərinin səbəbini dəqiqliklə deməyə çətinlik çəkirəm. Fəqət dünya bazarlarında belə dəyişikliklər olur.

Rusiya, Ukrayna və Gürcüstan kimi qonşu ölkələrdə milli valyutalar ucuzlaşdığından yaşananların Azərbaycanın daxili bazarına təsiri istisna olunmur. Məlumdur ki, vətəndaşlarımız banklara tam etibar etmədiklərindən pullarını hesablarda saxlamağa üstünlük vermirlər.
 
Valyutalar ucuzlaşdığından insanlar bank hesablarına pul yatırmaqdansa əllərində olan vəsaiti qızıla və digər "etibarlı" nəsnələrə yatırırlar", - Q.İbadoğlu bildirdi.
 
Tanınmış, təcrübəli zərgər Dəyanət Zərbəliyev isə tam əksinə, qızılın bahalaşmadığını, iddiaların əslində şayiələr olduğunu söylədi:
 
“Qızılın qiyməti həftə ərzində tez-tez dəyişir, bu dəyişiklik isə cüzidir. 20%-30% dəyişiklik, demək olar, bu günəcən olmayıb. Dəyişəndə ən çoxu 1 dollar və yaxud da 1,5 dollar arasında olur, o da qızıl işi ilə məşğul olan şəxslər arasında. Ancaq alıcılar üçün bu dəyişiklik ciddi, nəzərəçarpacaq səviyyədə deyil", - D.Zərbəliyev bildirdi.
  
Ceyhun Ələkbərov
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR