Efirdə müsəlmanlara qarşı dediyi sözlərə görə tanınmış yazıçı cəzalandırıldı

Fransız yazıçı Erik Zemmur növbəti skandalla gündəm olub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Fransada son illərdə müsəlmanlar və xaricilərə dair açıqlamaları ilə gündəmə gələn yazıçı Erik Zemmur bir televiziya proqramında müsəlmanlara qarşı nifrəti artıran ifadələr işlətdiyi üçün 3 min arvo cəza alıb. Fransız mediasının verdiyi məlumata görə, bu cəzaya səbəb yazıçının 3 il əvvəl efirdə verdiyi açıqlamalar olub.

Qeyd edək ki, Zemmur müsəlmanlara İslam və Fransa arasında bir seçim etməli olduqlarını demiş və hicablı müsəlman qadınların ölkədə İslam hakimiyyəti qurmaq istədiyini bildirmişdi. Zemmur daha əvvəllər də bu cür skandallarla yadda qalmış, məhkum həyatı yaşamış və işlədiyi televiziya kanalından qovulmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR