Lənkəranda 20 Yanvar əlili itkin düşüb

Lənkəranda 20 Yanvar əlili itkin düşüb
11:17 20 Sentyabr 2019
63 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəran şəhərində ruhi-əsəb xəstəsi olan 47 yaşlı kişi itkin düşüb.
“Report”un xəbərinə görə, hadisə şəhərin Ş.Xiyabani küçəsində baş verib.
Belə ki, Günay Həbibova Daxili İşlər Nazirliyinin (DİN) “102 Xidməti Zəng Mərkəzi”nə müraciət edərək, 20 Yanvar əlili və ruhi-əsəb xəstəsi olan, 1972-ci il təvəllüdlü həyat yoldaşı Anar Həbibovun sentyabrın 6-da itkin düşdüyünü bildirib.
O qeyd edib ki, həyat yoldaşı A.Həbibov həmin tarixdə yaşadığı Ş.Xiyabani küçəsindəki evdən çıxaraq bir daha geri qayıtmayıb.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lenkeranda-20-yanvar-elili-itkin-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR