Qazaxıstan zavodu Azərbaycana transformator ixracına başlamağı planlaşdırır

Qazaxıstan zavodu Azərbaycana transformator ixracına başlamağı planlaşdırır
11:17 20 Sentyabr 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Qazaxıstanın Şimkənd şəhərindəki transformator avadanlığı istehsal edən zavod xarici bazarlara çıxmağı və qonşu ölkələrə, o cümlədən Azərbaycana transformator ixracına başlamağı planlaşdırır.
"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, zavodda istehsal olunan məhsulların 50%-nin xarici ölkələrə ixrac ediləcəyi gözlənilir.
“Transformatorlarımızı Qırğızıstan, Özbəkistan, Azərbaycan, TacikistanTürkmənistan kimi ölkələrə göndərməyi planlaşdırırıq. Coğrafi yaxınlığı nəzərə alaraq, çatdırılmaları operativ şəkildə edəcəyik", - layihə rəhbəri Yerkebulan İlyasov deyib.
Qeyd edək ki, Şımkənd transformator zavodu gərginliyi 110 kilovattdan 500 kilovatta qədər olan elektrik cihazları istehsal edir. Zavodun istehsal gücü ildə 120 transformatordur.


Xəbərin orijinal ünvanı: https://report.az/biznes/qazaxistan-zavodu-azerbaycana-transformator-ixracina-baslamaq-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR