25 yaşlı qadının qanı mavi rəngə boyandı - FOTO

Amerikada qeyri-adi bir hadisə baş verib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, 25 yaşlı bir qadın diş ağrısını sakitləşdirmək üçün aptekdən tərkibində benzokain olan bir dərman alıb və yatmazdan əvvəl qəbul edib. Səhər oyandıqda özünü narahat hiss edən qadın xəstəxanaya gedib.

Xəstəxanada qadından qan nümunəsi götürülərkən həkimlər gördükləri qarşısında şok olub. Qadının dərisi, qanı və dırnaqları mavi rəngə boyanmışdı. Analiz qandakı oksigen səviyyəsinin 67 faiz nisbətində (normalda 95-100 faiz olur) olduğunu ortaya çıxarıb. Belə aşağı səviyyədə olan oksigen əgər müdaxilə olunmasa ölümə və ya beyində zədələrə səbəb ola bilər.

Qadına methemoglobinemiya diaqnozu qoyulub. Səbəbi tərkibində yüksək miqdarda benzokain olan ağrı kəsici içməsi olub. Hazırda müalicə olunan qadının sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.



https://metbuat.az/news/1256275/meshur-serialin-aktyorunun-bu-goruntuleri-her-kesi-teeccuble.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR