Qəzadan son anda qurtuldu - VİDEO

Qəzadan son anda qurtuldu - VİDEO
11:37 20 Sentyabr 2019
100 Dünya
Ölkə mətbuatı
A- A+

Sürücü peşəkarlığı sayəsində yol qəzasına düşməkdən son anda qurtulub. Hadisənin görüntüləri sosial şəbəkədə yayımlanaraq izləyicilərin təqdirini qazanıb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, insident Rusiyanın Çuvaşiya əyalətində, Kanaş-İbresi avtomagistralında qeydə alınıb.

Kadrlarda yağışlı havada hərəkətdə olan minik avtomobilinin sürücüsünün bir neçə nəqliyyat vasitəsini ötmə əməliyyatı zamanı keçdiyi görünür. Lakin sonuncu yük maşınını keçdiyi əsnada "Kamaz"ın sürücüsü eyni əməli (ötmə əməliyyatı) yerinə yetirir və minik avtomobilini yol kənarına sıxışdırır. Bundan özünü itirməyən sürücü təcrübəsindən istifadə edərək avtomobili yol kənarına aşmaqdan xilas edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/787620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR