Hacı Əliyev: "Görüşlərə psixoloji hazır deyildim"

Hacı Əliyev: "Görüşlərə psixoloji hazır deyildim"
11:42 20 Sentyabr 2019
94 Digər
Ölkə mətbuatı
A- A+

“Görüşlərə psixoloji hazır deyildim. Dünən yaşananları başımdan ata bilmirdim. Nə qədər çalışsam da, ata bilmədim”.
Bunu “Report”un Qazaxıstana ezam olunmuş əməkdaşına Nur-Sultandakı dünya çempionatında uğuruz çıxış edən Hacı Əliyev deyib.
65 kq çəkidə çıxış edən üçqat dünya və Avropa çempionu olimpiadaya qədər gücünü saxlayacağını söyləyib: “Misirli rəqibimə nəzərən yaponiyalı güclü idi. Son saniyələrdə nə qədər çalışsam da, alınmadı. Rusiyalı ilə görüşdəki türkü mən erməni kimi görürəm. Onun etdiyi şərəfsizlikdi. Bunun başqa adı yoxdur. Hücumu edən mən, amma 4 xal əvəzinə rəqibə xal verir. Artıq qazandığımı əldə etmişəm. Onunla üz-üzə gəlsəm, vuraram. Hər şeyin bitən yeri var. Mən də gec-tez bitirməliyəm. Amma həvəsdən düşmürəm, olimpiadaya qədər gücümü saxlayacam. Ruhdan düşməyəcəyəm. Gələn il lisenziya turnirlərindən birinə qatılıb lisenziyanı qazanmağa çalışacağam”.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/haci-eliyev-goruslere-psixoloji-hazir-deyildim

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR