Ermənistanda qızıl yatağına görə tətil başlayıb

Ermənistanda qızıl yatağına görə tətil başlayıb
12:02 20 Sentyabr 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın Cermuk rayonunda və Qndevaz kəndində Amulsara qızıl yatağının istismarına etiraz olaraq tətil başlayıb.
“Report” “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, həmin bölgələrdəki məktəblər də tətilə qoşulub.
Bu məqsədlə Yerevanda da etiraz aksiyası və fleşmoblar keçirilir.
Qeyd edək ki, Ermənistan hökuməti məsələyə dair yekun qərar qəbul etməyib. Ancaq ölkənin baş naziri Nikol Paşinyan bu mədənin fəaliyyətinin dayandırılması üçün qanuni əsas yoxdur.
Ekoloqlar isə çoxsaylı faktlarla yatağın istisimarının potensial təhlükə mənbəyi olduğunu bildiriblər. 


Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistanda-qizil-yatagina-gore-tetili-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR