Azərbaycan karateçiləri Urmiyada beynəlxalq turnirə qatılıb

Azərbaycan karateçiləri Urmiyada beynəlxalq turnirə qatılıb
12:12 20 Sentyabr 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan karateçiləri Urmiya şəhərində keçirilən ənənəvi beynəlxalq turnirə qatılıblar.
Azərbaycan Karate Federasiyasından "Report"a verilən məlumata görə, yarışda əməkdar məşqçi Anar Allahverdiyevin rəhbərlik etdiyi müxtəlif yaşlar üzrə milli komandaların əsas və əvəzedici heyətinin 50-dən artıq idmançısı mübarizə aparır. 
Sentyabrın 20-22-də keçirilən "Urmia Open"də 12 ölkədən 412 karateçi iştirak edir. Yarış həm də yeniyetmə və gənclər üçün oktyabrın axırı Çilidə dünya çempionatına hazırlıq xarakteri daşıyır.
Beynəlxalq hakimlər Cahangir Babayevlə Vüqar Kərimov yarışı idarə edən referilər arasındadır. 


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-karatecileri-urmiyada-beynelxalq-turnire-qatilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR