Məşhur məşqçi mətbuatla danışıq üslubuna görə istefaya göndərildi

Məşhur məşqçi mətbuatla danışıq üslubuna görə istefaya göndərildi
12:15 20 Sentyabr 2019
84 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Çinin U-22 millisinin baş məşqçisi Qus Hiddink istefaya göndərilib.

Trend-in məlumatına görə, Çin Futbol Federasiyasının rəhbərliyi məşhur mütəxəssisin mətbuatla danışıq üslubunu bəyənmədiyi və millinin nəticələrindən narazı olduğu üçün bu addımı atıb. Xüsusilə, komandanın Vyetnama məğlubiyyəti istefa qərarında mühüm rol oynayıb. Onu Çinin qadın millisinin sabiq baş məşqçisi Xao Veyin əvəzləyəcəyi deyilir.

Xatırladaq ki, hollandiyalı məşqçi ötən ilin sentyabrında yığmaya baş məşqçi təyin olunmuşdu.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3121046.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR