11 saylı məktəbdə kütləvi zəhərlənmə - 53 şagird

Ukraynada daha bir kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Metbuat.az -ın məlumatına görə, hadisə bu dəfə də Odessa şəhərində baş verib. Ukrayna Fövqəladə Hallar Xidmətindən verilən xəbərə görə, zəhərlənmə 11 saylı məktəbin yeməkxanasında olub.

Xəstəxanaya 53 uşağın müraciət etdiyi bildirilir. Hazırda xəstəxanada 5 uşağın müalicəsini davm etdiridyi qeyd edilir.

Hadisədən dərhal sonra məktəb yoxlamaya bağlanıb.

Xatırladaq ki, bu ayın əvvəlində Odessa vilayətində kütləvi zəhərlənmə baş vermişdi.

Trend-in məlumatına görə, Avanqard kəndində dönərxanalardan birində satılan şaurmanı yedikdən sonra 30 nəfər vilayət xəstəxanasına müraciət edib.(trend.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR