“Facebook” televizor vasitəsilə videoçat üçün qurğu təqdim edib

“Facebook” televizor vasitəsilə videoçat üçün qurğu təqdim edib
12:35 20 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

"Facebook" şirkəti televizordan "Messenger" və "WhatsApp" proqramları vasitəsilə videozənglər etməyə imkan verən "Portal TV" qurğusunu təqdim edib. Sözügedən qurğu səsli idarəetməni dəstəkləyir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, "Portal TV" cihazı "Spotify" və "Amazon Prime Video" daxil olmaqla müxtəlif populyar xidmətləri dəstəkləyir. Qurğunu "HDMI" konnektoru vasitəsilə televizora qoşmaqla həmin xidmətləri işə salmaq mümkündür.
 
"WhatsApp" və "Messenger" vasitəsilə videozənglərdən istifadə etmək üçün "Facebook" hesabı vasitəsilə sistemə daxil olmaq lazımdır. Şirkətin nümayəndəsi iddia edir ki, "WhatsApp" vasitəsilə danışıq şifrləmə texnologiyası ilə qorunub ki, bu da məxfiliyi və təhlükəsizliyi təmin edir.
 
Görünüşcə "Microsoft Kinect" hərəkət kontrollerinə oxşar olan sözügedən qurğunun dəyəri 149 dollardır.
 
Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-62997-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR