"İmelda" ABŞ-da 2 nəfəri öldürdü

"İmelda" ABŞ-da 2 nəfəri öldürdü
12:50 20 Sentyabr 2019
91 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ABŞ-ın Texas ştatında tüğyan edən "İmelda" tropik qasırğası fəsadlara yol açıb. Trend-in məlumatına görə, qasırğa nəticəsində 2 nəfər ölüb.

Ölənlərdən biri aeroport yaxınlığında yağış sularına qərq olmuş yük maşının içində boğulub.

Digər şəxsin isə yağış sularında batan atını xilas etmək istərkən boğulduğu deyilir.

Kəskin hava şəraiti ilə bağlı ştat qubernatoru Qreq Ebbott 13 dairədə fövqəladə vəziyyət elan edib.

Ştatın Hyuston şəhərindəki aeroportda isə 900-dan çox aviareys təxirə salınıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3121404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR