Əməkdar artist oğlunun ölümündən DANIŞDI: “40-ı çıxmamış səhnəyə çıxdım” - VİDEO - FOTO

Əməkdar artist oğlunun ölümündən DANIŞDI: “40-ı çıxmamış səhnəyə çıxdım” - VİDEO - FOTO
12:57 20 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

ARB TV-nin "Elgizlə İzlə" verilişində əməkdar artist Rəhman Rəhmanov qonaq olub.

Milli.Az bildirir ki, gənc oğlunu itirən əməkdar artist çətin anlarından danışıb:

"Mənim başıma faciə gəldi. Oğlum 27 yaşında dünyasını dəyişdi. Gözlənilməz oldu. İkinci mərtəbədən yıxıldı, beyin nahiyəsinə kiçik bir daş dəydi, dünyasını dəyişdi. Həmin gün teatrda idim. Mənə zəng edib xəbər verdilər. Müdriyyət mənə dedi ki, Rəhman müəllim, istəyirsizsə, tamaşanı təxirə salaq. 40 mərasimindən sonra gələrsiniz biletlərin vaxtını dəyişərik. Razı olmadım. Çünki o zaman biletlər artıq satılmışdı. "Ələddinin sehirli çırağı" tamaşasında Şah obrazındaydım. Uşaqlar həvəsləniblər 1 həftədir həsrətlə gözləyirdi. Onları o sevincdən məhrum edə bilməzdim. Oğlumu dəfn etdik, 7 mərasimini verəndən sonra səhəri gün səhnəyə çıxdım".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/787661.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR