Hacı Əliyev və milli komandanın daha 5 sərbəst güləşçisi dünya çempionatı ilə vidalaşıb

Hacı Əliyev və milli komandanın daha 5 sərbəst güləşçisi dünya çempionatı ilə vidalaşıb
15:47 20 Sentyabr 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında bu gün Azərbaycanın 6 güləşçisi yarışıb.
Sportnet.az-ın məlumatına görə, onlardan 2-si bürünc medal uğrunda təsəlliverici görüşlərə çıxıbsa, qalanları mübarizəyə qoşulub.
Əvvəlcə Mahir Əmiraslanov 57 kq çəkidə monqolustanlı dünya mükafatçısı, Asiya çempionu və Asiya Oyunlaırının qalibi Bexbayar Erdenebatla ilk təsəlliverici döyüşünü keçirib. Qarşılaşma heç-heçə ilə yekunlaşıb - 4:4. Lakin Erdenebat 4 xallıq fənd yerinə yetirdiyi üçün qalib olub. Bununla da Əmiraslanov lisenziya və medalsız qalıb.
3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev də oxşar aqibətlə üzləşib. 65 kq çəkidəki Hacıyev ilk təsəlliverici görüşündə misirli Amr Reda Ramadan Husseni vaxtından əvvəl məğlub edib - 10:1. Görüş rəqibin zədələnməsi səbəbindən erkən yekunlaşıb. Növbəti təsəlliverici görüşdə isə Əliyevin qarşısını minimal fərqli qələbə ilə yaponiyalı dünya çempionu Takuto Otoquro kəsib. Beləliklə, Azərbaycanın titullu pəhləvanı da medal və lisenziya ümidini gələn il keçiriləcək təsnifat yarışlarına saxlayıb.
74 kq çəkidəki Hacımurad Hacıyev təsnifat mərhələsində Asiya və dünya çempionu, olimpiadaların ikiqat mükafatçısı, hindistanlı Suşil Kumarı 11:9, 1/16 final mərhələsində türkiyəli 3 qat Avropa çempionu və olimpiya mükafatçısı Söner Demirtaşı 5:2, 1/8 finalda isə özbəkistanlı ikiqat Asiya çempionu və Asiya Oyunlarının qalibi, dünya mükafatçısı Bekzod Abdurahmonovu 12:9 hesabı ilə yenib. Onun qarşısını 1/4 finalda ABŞ təmsilçisi, olimpiya və 4 qat dünya çempionu Cordan Ernest Barroz kəsib - 8:1. Lakin Barroz finaladək irəliləyə bilmədiyi üçün Hacıyev təsəlliverici görüşdə iştirak və lisenziya şansını itirib.
125 kq çəkidəki Cəmaləddin Məhəmmədov da mübarizəyə təsnifat mərhələsindən başlayıb. O, ilk görüşündə belaruslu Vitali Pesnyaka 9:1, 1/8 finalda almaniyalı Nik Matuxinə 5:1 hesabı ilə qalib gəlib. Məhəmmədov 1/4 finalda ötənilki dünya çempionatının çinli gümüş mükafatçısı Jivey Denqə yenilib - 0:3. Denq isə yarımfinalda türkiyəli olimpiya, 2 qat dünya, 6 qat Avropa çempionu və "Bakı 2015" I Avropa Oyunlarının qalibi Taha Akgülə uduzub. Nəticədə Məhəmmədov da lisenziyasız qalıb.
Qeyri-olimpiya çəkilərinə gəldikdə, Ağahüseyn Mustafayev 70 kq-da təsnifat mərhələsinin görüşündə türkiyəli Haydar Yavuzu 10:6 hesabı ilə üstələsə də, 1/8 finalda Bruney təmsilçisi Adam Batırova uduzub. Batırov isə finaladək irəliləyə bilmədiyi üçün Mustafayev mübarizəni dayandırıb.
92 kq çəkidəki Şamil Zubairovun ilk görüşü isə 1/8 finala təsadüf edib. Zubairov türkiyəli Süleyman Karadenizə rəqib olub. Görüş Karadenizin qələbəsi ilə yekunlaşıb - 7:6. Lakin o, finaladək gedə bilmədiyi üçün azərbaycanlı pəhləvan çempionatla vidalaşıb.
Qeyd edək ki, artıq Azərbaycanın yunan-Roma və qadın güləşçiləri dünya çempionatlarında çıxışlarını başa vurublar. Onlardan qadın güləşində Mariya Stadnik (50 kq) qızıl medal və "Tokio 2020"yə lisenziya, Elis Manolova (65 kq) bürünc medal, yunan-Roma güləşində isə Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medal əldə edib.
Dünya çempionatı
20 sentyabr
70 kq
1/8 final. Ağahüseyn Musafayev - Adam Batırov (Bruney) - 2:5
Təsnifat. Ağahüseyn Musafayev - Heydər Yavuz (Türkiyə) - 10:6
74 kq
1/4 final. Hacımurad Hacıyev - Cordan Ernest Barroz (ABŞ) - 1:8
1/8 final. Hacımurad Hacıyev - Bekzod Abdurahmonov (Özbəkistan) - 12:9
1/16 final. Hacımurad Hacıyev - Söner Demirtaş (Türkiyə) - 5:2
Təsnifat. Hacımurad Hacıyev - Suşil Kumar (Hindistan) - 11:9
92 kq
1/8 final. Şamil Zubairov - Süleyman Karadeniz (Türkiyə) - 6:7
125 kq
1/4 final. Cəmaləddin Məhəmmədov - Jivey Denq (Çin) - 0:3
1/8 final. Cəmaləddin Məhəmmədov - Nik Matuxin (Almaniya) - 5:1
Təsnifat. Cəmaləddin Məhəmmədov - Vitali Pesnyak (Belarus) - 9:1
57 kq
Təsəlliverici görüş. Mahir Əmiraslanov - Bexbayar Erdenebat (Monqolustan) - 4:4 (texniki fəndlə)
65 kq
Təsəlliverici görüş. Hacı Əliyev - Takuto Otoquro (Yaponiya) - 9:11
Təsəlliverici görüş. Hacı Əliyev - Amr Reda Ramadan Hussen (Misir) - 10:1 (vaxtından əvvəl)

13:38***
Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Cəmaləddin Məhəmmədov 1/8 final görüşünə çıxıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 125 kq çəki dərəcəsində yer alan Məhəmmədovun rəqibi ötənilki dünya çempionatının çinli gümüş mükafatçısı Jivey Denq olub. Görüş Denqin qələbəsi ilə yekunlaşıb - 3:0.
Məhəmmədov 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün təsəlliverici görüşdə qalib gələrək, bürünc medal qarşılaşmasına vəsiqə qazanmalıdır.

13:16***
Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Hacımurad Hacıyev 1/4 final görüşünə çıxıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 74 kq çəki dərəcəsində yer alan Hacıyevin rəqibi ABŞ təmsilçisi, olimpiya və 4 qat dünya çempionu Cordan Ernest Barroz olub. Görüş Barrozun qələbəsi ilə yekunlaşıb - 8:1.
Hacıyev 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün təsəlliverici görüşdə qalib gələrək, bürünc medal qarşılaşmasına vəsiqə qazanmalıdır.

12:34***
Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Hacımurad Hacıyev 1/8 final görüşünə çıxıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 74 kq çəki dərəcəsində yer alan Hacıyevin rəqibi özbəkistanlı ikiqat Asiya çempionu və Asiya Oyunlarının qalibi, dünya mükafatçısı Bekzod Abdurahmonov oolub. 
Görüş azərbaycanlı pəhləvanın qələbəsi ilə yekunlaşıb - 12:9. Bununla da Hacıyev 1/4 finala yüksəlib. Onun 1/4 finaldakı rəqibi ABŞ təmsilçisi, olimpiya və 4 qat dünya çempionu Cordan Ernest Barroz olacaq.

12:08***
Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Cəmaləddin Məhəmmədov 1/8 final görüşünə çıxıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 125 kq çəki dərəcəsində yer alan Məhəmmədovun rəqibi Matuxin olub. 
Görüş azərbaycanlı pəhləvanın qələbəsi ilə yekunlaşıb - 5:1. Məhəmmədovun 1/4 finaldakı rəqibi ötənilki dünya çempionatının çinli gümüş mükafatçısı Jivey Denq olacaq.

12:03***
Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Şamil Zubairov ilk görüşünə çıxıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 92 kq çəki dərəcəsində yer alan Zubairovun 1/8 final mərhələsindəki rəqibi Süleyman Karadeniz (Türkiyə) olub. 
Görüş Karadenizin qələbəsi ilə yekunlaşıb - 7:6.

11:43***
Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Ağahüseyn Mustafayev ikinci görüşünə çıxıb.
“Report” xəbər verir ki, 70 kq çəki dərəcəsində yer alan yığma üvü 1/8 finalda bruneyli Adam Batırovla qarşılaşıb.
Görüş rəqibin 5:2 hesablı qələbəsi ilə başa çatıb.

11:05***
Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Hacımurad Hacıyev 1/16 final görüşünə çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 74 kq çəki dərəcəsində yer alan Hacıyevin rəqibi türkiyəli 3 qat Avropa çempionu, dünya və olimpiya mükafatçısı Söner Demirtaş olub.
Görüş azərbaycanlı pəhləvanın qələbəsi ilə yekunlaşıb - 5:2.
Hacıyevin 1/8 finaldakı rəqibi ikiqat Asiya çempionu və Asiya Oyunlarının qalibi, dünya mükafatçısı, özbəkistanlı Bekzod Abdurahmonov olacaq.

10:56***
Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Hacı Əliyev növbəti təsəlliverici görüşünə çıxıb. 
"Report"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 65 kq çəki dərəcəsində yer alan Əliyevin rəqibi yaponiyalı dünya çempionu Takuto Otoquro olub. İlk yarıda Otoquro 4:2 hesabı ilə önə çıxıb. 
Fasilədən sonra azərbaycanlı 3 qat dünya və 3 qat Avropa çempionu fərqi aradan qaldıra bilməyib. O, 9:11 hesabı ilə uduzaraq, lisenziya və medalsız qalıb.

10:13***
Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Hacımurad Hacıyev ilk görüşünə çıxıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 74 kq çəki dərəcəsində yer alan Hacıyevin təsnifat mərhələsindəki rəqibi hindistanlı dünya çempionu Suşil Kumar olub. 
Görüş azərbaycanlı pəhləvanın əzmkar qələbəsi ilə yekunlaşıb - 11:9. Hacıyevin 1/16 finaldakı rəqibi türkiyəli 3 qat Avropa çempionu, dünya və olimpiya mükafatçısı Söner Demirtaş olacaq.
Digər sərbəst güləşçi Cəmaləddin Məhəmmədov ilk görüşdə qalib gəlib. 125 kq çəki dərəcəsində yer alan yığma üzvü təsnifat mərhələsində belaruslu Vitali Pesnyakı üstələyib - 9:1. Onun 1/8 finaldakı rəqibi almaniyalı Nik Matuhin olacaq.

09:30***
Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Hacı Əliyev ilk təsəlliverici görüşünə çıxıb.
“Report”un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 65 kq çəki dərəcəsində yer alan Əliyevin rəqibi misirli Amr Reda Ramadan Husseni olub. Görüşə fəal başlayan titullu pəhləvan işlətdiyi fəndlərlə 4:0 hesabı ilə önə çıxıb. Bu vaxt Hussen qolundan zədələnib. Lakin o, həkim müdaxiləsindən sonra görüşü davam etdirib. İlk hissənin sonlarında yenə zədələnən misirli pəhləvan yerə sərilərək ağrıdan qışqırmağa başlayıb.

Həkimlər Hussenin görüşü davam etdirə bilməyəcəyini deyiblər. Nəticədə Əliyev qalib elan olunub.
Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün daha iki təsəlliverici görüşdə qalib gəlməlidir. Bürünc medal qazanmaq üçün isə 3 rəqibi üstələmək lazımdır. Onun növbəti təsəlliverici görüşdə rəqibi yaponiyalı Takuto Otoquro olacaq.
Digər sərbəst güləşçi Ağahüseyn Mustafayev isə ilk görüşünə çıxıb.
70 kq çəki dərəcəsində yer alan Mustafayevin rəqibi türkiyəli Haydar Yavuz olub. Görüş azərbaycanlı pəhləvanın qələbəsi ilə yekunlaşıb - 10:6.
Mustafayevin 1/8 final mərhələsindəki rəqibi bruneyli Adam Batırov olacaq.

09:16***
Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Mahir Əmiraslanov  təsəlliverici görüşünə çıxıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 57 kq çəki dərəcəsində yer alan Mustafayevin rəqibi monqolustanlı Bexbayar Erdenebat olub. İlk yarıda 4 xallıq fəndlə Erdenabat 4:1 hesablı üstünlük əldə edib. İkinci hissədə azərbaycanlı pəhləvan xalları bərabərləşdirsə də, məhz texniki fənd hesabına rəqibi mərhələ adlayıb. Mustafayev isə dünya çempionatı ilə medal və lisenziyasız vidalaşıb.

09:04***

Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında bu gün Azərbaycanın 6 güləşçisi yarışacaq. 
"Report"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, onlardan 2-si bürünc medal uğrunda təsəlliverici görüşlərə çıxacaqsa, qalanları mübarizəyə qoşulacaq.

Əvvəlcə Mahir Əmiraslanov 57 kq çəkidə monqolustanlı dünya mükafatçısı, Asiya çempionu və Asiya Oyunlarının qalibi Bexbayar Erdenebatla ilk təsəlliverici döyüşünü keçirəcək.

Ardından Ağahüseyn Mustafayev 70 kq çəkidə təsnifat mərhələsinin görüşünə çıxacaq. Rəqib türkiyəli Haydar Yavuz olacaq.

Daha sonra Hacı Əliyev 65 kq çəkidəki ilk təsəlliverici görüşündə misirli Amr Reda Ramadan Husseni sınağa çəkəcək.

74 kq çəkidəki Hacımurad Hacıyev təsnifat mərhələsində Asiya və dünya çempionu, olimpiadaların ikiqat mükafatçısı, hindistanlı Suşil Kumarla qarşılaşacaq.

125 kq çəkidəki Cəmaləddin Məhəmmədov da mübarizəyə təsnifat mərhələsindən başlayacaq. O, ilk görüşündə belaruslu Vitali Pesnyakla üz-üzə gələcək.

92 kq çəkidəki Şamil Zubairovun ilk görüşü isə 1/8 finala təsadüf edəcək. Zubairov türkiyəli Süleyman Karadenizə rəqib olub.

Mustafayev və Zubairov qeyi-olimpiya, qalanları isə olimpiya çəkilərində yarışacaqlar. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün yarımfinaladək və ya son təsəlliverici - bürünc medal görüşünədək irəliləmək lazımdır.

Qeyd edək ki, artıq Azərbaycanın yunan-Roma və qadın güləşçiləri dünya çempionatlarında çıxışlarını başa vurublar. Onlardan qadın güləşində Mariya Stadnik (50 kq) qızıl medal və "Tokio 2020"yə lisenziya, Elis Manolova (65 kq) bürünc medal, yunan-Roma güləşində isə Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medal əldə edib.


Dünya çempionatı
20 sentyabr

70 kq
Təsnifat. Ağahüseyn Musafayev - Heydər Yavuz (Türkiyə)

74 kq
Təsnifat. Hacımurad Hacıyev - Suşil Kumar (Hindistan)

92 kq
1/8 final. Şamil Zubairov - Süleyman Karadeniz (Türkiyə)

125 kq
Təsnifat. Cəmaləddin Məhəmmədov - Vitali Pesnyak (Belarus)

57 kq
Təsəlliverici görüş. Mahir Əmiraslanov - Bexbayar Erdenebat (Monqolustan)

65 kq
Təsəlliverici görüş. Hacı Əliyev - Amr Reda Ramadan Hussen (Misir)


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/haci-eliyev-ve-milli-komandanin-daha-5-serbest-gulescisi-dunya-cempionati-ile-vidalasib-yeni-leni-b

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR