Səfir: “Hindistanlı sahibkarlar Azərbaycandakı investisiya imkanlarını araşdırır”

Səfir: “Hindistanlı sahibkarlar Azərbaycandakı investisiya imkanlarını araşdırır”
16:17 20 Sentyabr 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycanla Hindistan arasındakı iqtisadi əlaqələrin səviyyəsi mövcud potensialı və imkanları əks etdirmir, ona görə də Azərbaycan ilə Hindistan sahibkarları daha sıx əməkdaşlıq etməlidirlə"r.
"Report"a Azərbaycan Sahibkarlar Konfederasiyasına (ASK) istinadən xəbər verir ki, bunu qurumun prezidenti Məmməd Musayev Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna ilə görüşdə deyib. 
O, u sahədə görüləcək işlərə ASK-nın dəstək verməyə hazır olduğunu bildirib. M.Musayevin sözlərinə görə, Hindistan Azərbaycandan neft və neft məhsulları idxal edən əsan tərəfdaş ölkələrdən biridir, eyni zamanda bu dövlət əczaçılıq, informatika texnologiyaları, səhiyyə sahəsində uğurla inkişaf edir. Azərbaycandakı investisiya mühiti, sahibkarlığa dövlət dəstəyi, aparılan islahatlar haqqında qonağa məlumat verən M.Musayev, Hindistan sahibkarlarını ölkəmizə investisiya yatırmağa dəvət edib: “Azərbaycan coğrafi baxımdan strateji bir məkanda yerləşir və ölkəmizdə sənaye parkları yaradılıb. Hindistan tekstil, əczaçılıq sənayesi üzrə həmin aqroparklara investisiya qoya bilər və bununla da böyük bazarlara daha asan çıxış əldə etmiş olar”.
M.Musayev Hindistana qarşıdakı səfəri ilə bağlı səfirə məlumat verərək, ASK rəhbəri kimi sahibkar təşkilatları ilə görüşmək, qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün münbit şəraitin və investisiya mühitinin olduğunu bildirib.
B. Vanlalvavna qeyd edib ki, hindistanlı sahibkarlar Azərbaycandakı investisiya imkanlarını araşdırırlar və bununla bağlı səfirliyə müraciətlər mövcuddur. Bu sorğulara dolğun cavab vermək və sərməyə üçün sahələrin cəlbediciliyi barədə bəzi sualları daha ətraflı cavablandırmaq üçün ASK-nın dəstək verməsini xahiş edən səfir, əməkdaşlığı daha da artırmağı təklif edib. Onun sözlərinə görə, bu il noyabrın 6-8-də Hindistanın Sənaye Korporasiyası Azərbaycana səfər edəcək. “Konkret işlər görmək üçün bu səfər səmərəli imkandır və nümayəndə heyətinin ASK ilə görüşməsini də istərdik”, deyə səfir vurğulayıb.
ASK prezidenti Hindistan investorlarını maraqlandıran məsələlərdə yardımçı olacaqlarını söyləyib. M.Musayev əməkdaşlığın daha səmərəli şəkildə qurulması üçün hər iki ölkədən daha fəal və bu sahədə maraqlı olan sahibkarlardan ibarət ikitərəfli Sahibkarlar Şurasının yaradılması imkanlarını da gözdən keçirməyi təklif edib. Müzakirələrin sonunda bütün təkliflər üzrə səfirliyin və ASK-nın məsul əməkdaşlarına konkret tapşırıqlar verilib.



Xəbərin orijinal ünvanı: https://report.az/biznes/hindistanli-sahibkarlar-azerbaycanda-investisiya-imkanlarini-arasdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR