Baş Katib Ermənistan baş nazirinin bəyanatı ilə bağlı dərin narahatlıq ifadə edib

Islam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibi Ermənistan baş nazirinin 5 avqust 2019-cu il tarixli bəyanatı ilə bağlı dərin narahatlıq ifadə edib.

Metbuat.az -a verilən məlumata əsasən İƏT Baş Katibi Yusef bin Ahmad Al-Otaimin Ermənistan baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə bu ilin 5 avqustunda səfər edərək orada səsləndirdiyi bəyanatı ilə bağlı dərin narahatlığını ifadə edən açıqlama ilə çıxış edib. Baş katib, Ermənistan rəhbərliyinin bu bəyanatı və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü pozan əməllərinin beynəlxalq hüququn prinsiplərinə və beynəlxalq ictimaiyyətin möqeyinə məhəl qoymadığını və regional sülh və təhlükəsizliyə hədə təşkil etdiyini qeyd edib.

O, münaqişənin sülh yolu ilə həlli üzrə BMT və İƏT Nizamnamələrinin müddəalarına, Helsinki Yekun Aktına, BMT TŞ-nin 1993-cü il tarixli qətnamələrinə, İƏT-in müxtəlif qətnamələrinə istinad edərək, Ermənistan Respublikasını münaqişənin sülh yolu ilə həlli üçün BMT TŞ-nin müvafiq qətnamələri əsasında Azərbaycan Respublikası ilə sülh danışıqlarına çağırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR