AMEA-nın hazırladığı hərbi məmulatları Müdafiə Nazirliyinin təlimlərində sınaqdan keçirildi

17:01 20 Sentyabr 2019
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Sentyabrın 13-dən 19-dək Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində keçirilən hərbi təlimlərdə AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının növbəti birgə layihəsinin son hazır nümunəsi (hərbi məmulat) real ərazi şəraitində istifadə edilib.

Akademiyadan Trend-ə verilən məlumata görə, maksimal distansiya, mürəkkəb relyef (dağ-meşə, qayalıq ərazilərdə), gecə vaxtı və çətin radioelektron mübarizə mühitində keçirilən təlimlərdə SETM-in hərbi məmulatı qarşıya qoyulmuş tələblərə tam cavab verib. Potensial döyüş şəraitində istismarı (idarə edilməsi) zamanı texniki parametrlərinə görə yüksək nəticələr nümayiş etdirib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin rəyinə əsasən SETM və AMEA “YT Park”ın rezidenti olan “Elm və Texnologiya Parkı” MMC ilə Silahlı Qüvvələrin Hərbi Akademiyasının birgə layihələrinin son nümunələrinin Azərbaycan ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3121609.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR