Məşhur müğənnidən heyranlarını məyus edəcək xəbər

Türkiyəli usta sənətçi Sezen Aksu uzun müddətdən sonra ilk dəfə görülüb.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, bir məkandan çıxarkən obyektivlərə tuş gələn sənətçi şou müxbirlərinə açıqlama verib.

Ötən günlərdə Murat Bozun Sezen Aksudan mahnı istədiyi bildirilmişdi. Hətta müğənninin bu günə qədər Aksu ilə iş birliyi etmədiyi üçün peşman olduğu deyilib. Sezen Aksu Murat Bozla bağlı suallara "Muratı çox sevirəm. İstədiyi mahnımı oxuya bilər" cavabını verib.

Jurnalistlərin "Səsiniz üçün darıxmışıq. Səhnələrə geri qayıtmağı düşünürsünüz?" sualına usta sənətçi "Mən belə çox yaxşıyam. Geri dönməyi heç düşünmürəm. Bundan sonrası mənim həyatımdır" cavabı ilə sevənlərini məyus edib.

Sezen Aksu'dan hayranlarını üzecek haber!

https://metbuat.az/news/1258169/genc-fenomen-yataq-fotolari-ile-pul-qazanir.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR