Gürcüstan parlamentində azərbaycanlıların dövlət dili ilə bağlı problemi qaldırılıb

Gürcüstan parlamentində azərbaycanlıların dövlət dili ilə bağlı problemi qaldırılıb
17:37 20 Sentyabr 2019
61 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstan parlamentinin bugünkü plenar iclasında ölkədə yaşayan azərbaycanlılar arasında dövlət dilini bilmək səviyyəsinin yüksək olmaması ilə bağlı məsələ qaldırılıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, deputat Savalan Mirzəyev “nazir saatı” formatında çıxış edən Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşviliyə sual ünvanlayıb.
Parlament üzvü bildirib ki, Kvemo Kartli bölgəsinin kəndlərində yaşayan sakinlər hələ də gürcü dilini bilmirlər. S.Mirzəyevin sözlərinə görə, kənd sakinləri ilə ünsiyyət zamanı ya tərcüməçi tələb olunur ya da rus dilində danışmaq lazım gəlir.
Deputat dövlət nazirindən milli azlıqlar arasında gürcü dilinin tədrisinin gücləndirilməsi məqsədilə gələcəkdə hansı addımların atılacağı barədə maraqlanıb.
S.Mirzəyev dövlət idarələrində milli azlıqlardan olan gənclər üçün nəzərdə tutulan təcrübə proqramını yüksək qiymətləndirib və bu proqramın gələcəkdə davam etdirilib-etdirilməyəcəyini soruşub.
Hazırda K.Tsixelaşvili deputatların ona ünvanladığı sualları növbəli şəkildə cavablandırır.


Xəbərin orijinal ünvanı: https://report.az/diaspor/gurcustan-parlamentinde-azerbaycanlilarin-dovlet-dili-ile-bagli-probl

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR