Deputat: “Əsrin müqaviləsi” Azərbaycanın bu günü və gələcəyi üçün imzalanmış böyük bir sənəddir"

Deputat: “Əsrin müqaviləsi” Azərbaycanın bu günü və gələcəyi üçün imzalanmış böyük bir sənəddir"
18:42 20 Sentyabr 2019
37 Ölkə
Ölkə mətbuatı
A- A+

"20 sentyabr Azərbaycanın müstəqillik tarixində ən vacib və əlamətdar günlərdən biridir. Çünki 25 il bundan əvvəl - 20 sentyabr 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan üçün böyük əhəmiyyət daşıyan "Əsrin müqaviləsi"nin imzalanması baş tutdu".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, həmin dövrdə Azərbaycanda stabillik tam bərpa olmamışdı, dövlət çevrilişlərinə cəhdlər var idi, digər tərəfdən bədnam qonşumuz ermənilərlə münaqişə davam edirdi: "Lakin bütün bu çətinliklərə baxmayaraq, mümkün olmayanı mümkün edən ulu öndər Heydər Əliyev dünyanın ən aparıcı ölkələrini inandıraraq "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu. Bugünün prizmasından baxsaq, görürük ki, "Əsrin müqaviləsi" təkcə o zaman üçün deyil, Azərbaycanın bu günü və gələcəyi üçün imzalanmış böyük bir sənəddir".

Deputat vurğulayıb ki, bu müqavilə Azərbaycanın müstəqil bir dövlət kimi dünyanın enerji təhlükəsizliyində rola malik olmasına gətirib çıxardı: "Bu müqavilə Azərbaycana milyardlarla dollar investisiyaların qoyulmasına gətirib çıxardı. Azərbaycan iqtisadiyyatının inkişaf təməli "Əsrin müqaviləsi"ndən başlayıb. Bu gün Azərbaycana bu müqavilə üzərindən böyük investisiyalar qoyulur.

Eyni zamanda, bu müqavilnin Azərbaycanda sosial obyektlərin təmiri və tikintisi, təhsil, mədəniyyət, səhiyyə obyektlərinin tikintisi, infrastruktur layihələrinin həyata keçirilməsində çox mühüm rolu var. Bir sözlə, dərin bir inam və uzaqgörənliklə işlənib hazırlanan bu böyük layihə özünü tamamilə doğruldub, təkcə iqtisadi nəticələrinə görə deyil, həm siyasi, həm də sosial rifah mülahizələri baxımından əsl təməl rolunu oynayıb.

Həmçinin, "Əsrin müqaviləsi" Azərbaycanın bir dövlət kimi siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə əlverişli şərait yaratdı".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/787805.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR