ABŞ-dan İrana TARİXİ ZƏRBƏ - Tramp açıqladı

ABŞ-dan  İrana TARİXİ ZƏRBƏ - Tramp açıqladı
19:28 20 Sentyabr 2019
98 Digər
Ölkə mətbuatı
A- A+

Vaşinqton İran Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp bildirib.

“Bu, indiyə kimi tətbiq olunan sanksiyaların ən sərt səviyyəsidir”, - Tramp jurnalistlərə deyib.

İrana qarşı mümkün hərbi addımlara gəlincə, Amerika lideri bildirib ki, ABŞ "həmişə hazırdır".

Öz növbəsində, maliyyə naziri Stiven Mnuçin qeyd edib ki, Mərkəzi Bank Tehran üçün vəsaitlərin son mənbəyi idi.

"Biz Mərkəzi Banka və Milli İnkişaf Fonduna qarşı sanksiyalar daxil etdik. Onlar bizim maliyyə sistemimizdən kəsiləcək", - Mnuçin vurğulayıb.

Qeyd edək ki, İran Mərkəzi Bankı ölkədə ən böyük ticarət maliyyə institutudur. 2016-cı ildə onun aktivləri təxminən 80 milyard dollar qiymətləndirilirdi. Bankın bütün ölkə üzrə təxminən üç min şöbəsi var.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/290834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR