41 yaşlı kişi evinin qarşısında döyüldü

41 yaşlı kişi evinin qarşısında döyüldü
21:22 20 Sentyabr 2019
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda döyülmə hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Təhlə kəndində qeydə alınıb.

Kənd sakini - 1978-ci il təvəllüdlü Həsənov Hafiz Əli oğlu yaşadığı evin qarşısında döyülərək başından ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, rayonun Qaradəmirçi kənd sakini - 1989-cu il təvəllüdlü Musayev Vüsal Sabir oğlu Təhlə kəndinə gələrək H.Həsənovla mübahisə edib. Mübahisə nəticəsində V.Musayev H.Həsənovu döyərək başına küt alətlə zərbələr endirib.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/787888.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR