Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının mükafatlandırılması mərasimi keçirilib

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının mükafatlandırılması mərasimi keçirilib
22:47 20 Sentyabr 2019
36 İdman
Ölkə mətbuatı
A- A+

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi proqramında çoxnövçülük üzrə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, çoxnövçülük üzrə qızıl medalı Dina Averina, gümüş medalı Arina Averina və bürünc medalı Linoy Aşram qazanıblar.

Mükafatları Beynəlxalq Gimnastika Federasiyasının (FIG) baş katibi Nikolya Bumpen, FIG Bədii gimnastika üzrə texniki komitəsinin üzvü Marina Giqova, dünya çempionatının səfiri Yana Batırşina təqdim ediblər.

Bundan başqa, "Longines - Prize of Elegance" mükafatı təqdim edilib. Bu mükafata amerikalı gimnast Laura Zenq layiq görülüb. Mükafatı FIG prezidenti Morinari Vatanabe, "Longines" şirkətinin beynəlxalq sponsorluq məsələləri üzrə meneceri Bencamin Ebi və dünya çempionatının səfiri Yana Batırşina təqdim ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/787898.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR