Husilər Səudiyyə Ərəbistanına hava hücumlarını dayandırıblar

Husilər Səudiyyə Ərəbistanına hava hücumlarını dayandırıblar
02:02 21 Sentyabr 2019
95 Digər
Ölkə mətbuatı
A- A+

Yəmənin şimalında hakimiyyəti ələ keçirən "Ənsar Alla" hərəkatının üsyançıları (Husilər), pilotsuz uçan aparatlarla Səudiyyə Ərəbistanın bombalanmasını dayandırır və Ər-Riyaddan da oxşar addım gözləyirlər.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu husilərin Siyasi Şurasının rəhbəri Mehdi əl-Məşat "Əl-Masira" telekanalının efirində bəyan edib.
"Biz Səudiyyə Ərəbistanı ərazisinin dronlar və digər silah növlərindən istifadə vasitəsi ilə bombalanmasını dayandırırıq. Səudiyyə Ərəbistanından Yəmən ərazisinə bütün növ hücumların dayandırılmasına dair oxşar bəyanat gözləyirik", - deyə əl-Məşat bildirib.
O qeyd edib ki, Səudiyyə Ərəbistanı onların təşəbbüsünə qarşılıq verməsə, husilər cavab vermək hüququnu özündə saxlayır.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/husiler-seudiyye-erebistanina-hava-hucumlarini-dayandiriblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR