Azərbaycanın dəstəyi ilə Dərbənddə xalçaçılıq muzeyi yaradılacaq

Azərbaycanın dəstəyi ilə Dərbənddə xalçaçılıq muzeyi yaradılacaq
05:18 21 Sentyabr 2019
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Dərbənddə Azərbaycanın dəstəyi ilə xalçaçılıq muzeyi yaradılacaq.

Publika.az xəbər verir ki, Dərbənd şəhəri merinin mətbuat xidmətinin məlumatına görə, bu fikir Dərbəndin başçısı Xizri Abakarovun “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradovla görüşündə səslənib.

Dərbənddə səfərdə olan Vidadi Muradov Dağıstanın bu qədim şəhərində əl xalçalarının nümayiş etdiriləcəyi etnoqrafiya muzeyinin yaradılması təklifini irəli sürüb. X.Abakarov təklifi dəstəklədiyini və yeni yaradılacaq muzey üçün bina müəyyən ediləcəyini bildirib.

Mətbuat xidmətinin məlumatında deyilir ki, muzeyin layihəsi tanınmış memar Fəxrəddin Miralay tərəfindən artıq hazırlanıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/290850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR