Zərif ərəb koalisiyasının Yəməndə yeni hərbi əməliyyata başlamasını şərh edib

Zərif ərəb koalisiyasının Yəməndə yeni hərbi əməliyyata başlamasını şərh edib
08:27 21 Sentyabr 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ərəb koalisiyasının Yəməndə başladığı hərbi əməliyyatı şərh edib.
“Report” xəbər verir ki, o bu barədə öz "Twitter" mikrobloqunda yazıb.
"Səudiyyə rejimi İranı əsassız olaraq öz neft obyektlərinə hücumlarda günahlandırdığı halda, bu gün BMT-nin atəşkəs rejimini pozaraq Yəmənin Hodeyda şəhərinə cavab atəşi açması maraq doğurur", - deyə nazir bildirib.
Zərifin sözlərinə görə, "aydındır ki, hətta səudiyyəlilərin özləri də İranın iştirakı barədə uydurmaya inanmırlar."
Bundan əvvəl ərəb koalisiyası Yəmənin şimalında yerləşən Hodeyda şəhərində hərbi əməliyyata başladığını bəyan edib.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/zerif-ereb-koalisiyasinin-yemende-yeni-herbi-emeliyyata-baslamasini-serh-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR