“LTE” şəbəkələrinə qoşulmaların sayı 5 milyarda yaxınlaşıb

“LTE” şəbəkələrinə qoşulmaların sayı 5 milyarda yaxınlaşıb
08:42 21 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Bu ilin ikinci rübündə "LTE" şəbəkələrinə 250 milyona yaxın yeni qoşulma qeydə alınıb, onların ümumi sayı isə 4,7 milyarda çatıb. Bu barədə "Ovum" analitik şirkətinin sahə üzrə "5G Americas" Assosiasiyasına istinadən məlumatında deyilir.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, 2019-cu ilin aprel-iyununda illik hesablamada "LTE" bağlantılarının sayı 27 faiz artaraq qlobal miqyasda mobil rabitə şəbəkələrinə qoşulmaların ümumi həcminin 53 faizini təşkil edib.  
 
Tədqiqatda, həmçinin qeyd olunur ki, cari ilin iyununda dünyada "5G" kommersiya şəbəkələrinin sayı 34 ədəd təşkil edib, dekabrın sonunadək isə bu göstəricinin 77-yə yüksələcəyi gözlənilir. "Ovum" şirkətinin proqnozuna görə, 2021-ci ilin sonunda dünyada "5G" şəbəkələrinə qoşulmaların sayı 156 milyona (o cümlədən Şimali Amerikada 32 milyon) çatacaq.
 
2024-cü ildə mobil rabitə bazarında mədaxilin 26 faizinin "5G" şəbəkələrinin payına düşəcəyi gözlənilir. Buna baxmayaraq bazarda durğunluq davam edəcək.
 
"Strategy Analytics" şirkətinin analitiki Devid Kerrin proqnozuna görə, 2024-cü ilin sonunda dünyada "LTE" şəbəkələrinə qoşulmaların sayı 6 milyard və ya ümumi sayın üçdə iki hissəsini təşkil edəcək.
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/787781.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR