"Sevilya"nın idman direktoru: "Qarabağ"a qarşı matç asan olmadı"

"Sevilya"nın idman direktoru: "Qarabağ"a qarşı matç asan olmadı"
09:07 21 Sentyabr 2019
56 Digər
Ölkə mətbuatı
A- A+

"Qarabağ"a qarşı matç asan olmadı. Komanda çempionatın əvvəlindən eyni xətt üzrə hərəkət edir. Hər zaman uğurlu başlanğıc yaxşıdır".
"Report" xəbər verir ki, bu fikirləri "Marca"ya açıqlamasında İspaniyanın "Sevilya" klubunun idman direktoru Roman Monçi deyib.
51 yaşlı funksioner La Liqanın V turunda "Real Madrid"lə qarşılaşacaqları matç barədə də danışıb: "Bu oyunda liderliyimizi qorumaq istəyirik. "Real Madrid" hər zaman oyunun favoritidir. Düzünü deməliyəm, Bakıdan qayıdana kimi "Real Madrid" haqqında danışmamışdıq. Ancaq "Qarabağ"la qarşılaşmaya köklənmişdik".
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin I turunda Tofiq Bəhramov adına Respublika Stadionunda "Sevilya"ya 0:3 hesabı ilə uduzub. "Sevilya" - "Real Madrid" matçı sentybarın 22-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Andalusiya təmsilçisi 4 turdan sonra 10 xalla turnir cədvəlinə başçılıq edir. Madrid klubu isə 8 xalla üçüncüdür.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sevilya-nin-idman-direktoru-qarabag-a-qarsi-matc-asan-olmadi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR