Səfərbərlik elan edildi (VİDEO)

Səfərbərlik elan edildi (VİDEO)
13:51 16 Yanvar 2015
598 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna hökuməti ölkənin şərqində ruspərəst üsyançıların törətdikləri zorakılıqlarla əlaqədar hərbi səfərbərlik elan edib.

ANS TV-nin məlumatına görə, ötən gün üsyançılar Donetsk hava limanını yenidən ələ keçiriblər. Əməliyyatlar zamanı 2 ukraynalı əsgər öldürülüb, 4 nəfər isə yaralanıb. Ölkə hərbisi ehtiyatda olan 100 minə yaxın zabiti cəbhə bölgəsinə cəlb etməyə hazırlaşır. Rusiya hökuməti isə, Danbas regionuna 8500 əsgər toplayıb.

Ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının baş katibi Aleksandr Turçinov Parlamentdə çıxışı zamanı bu barədə açıqlama verib. 3 gün əvvəl Valnovaxa şəhərində avtobusa edilən hücum zamanı 13 mülki vətəndaş ölmüşdü. Hökumət hücuma görə, üsyançıları ittiham edib.

Ukraynada münaqişələr başlayandan indiyə qədər 4700-dən çox insan öldürülüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR