Nyu-York meri 2020-ci il prezident seçkilərində mübarizəni dayandırdığını bildirib

Nyu-York meri Bill de Blazio sentyabrın 20-də bildirib ki, o, 2020-ci ildə ABŞ Prezidenti seçkilərində Demokratlar Partiyasından namizədliyini irəli sürmək iddiasında olan siyasətçilərin mübarizəsindən çıxacaq.

Metbuat.az xəbər verir ki, Bill de Blazio MSNBC telekanalının “Sabahın xeyir, Co” proqramındakı çıxışında deyib: “Insanların problemlərini dinləməyə qabil olmaq, onlara yeni ideyalarla müraciət etmək mənim üçün orijinal sınaq oldu, eyni zamanda hiss edirəm ki, mən bu ilkin seçkilər üçün əlimdən gələni etdim və hələ buna hazır deyiləm. Ona görə də mən öz seçkiqabağı kampaniyamı başa çatdırmağa hazırlaşıram”.

Ötən həftə aparılmış ictimai rəy sorğusu nəticəsində məlum olub ki, üç namizəd – keçmiş vitse-prezident Co Bayden, senator Erni Sanders və senator Elizabet Uorren öz rəqiblərini xeyli qabaqlayır.

(trend.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR