Antalyada rusiyalı turistləri daşıyan avtobus aşıb

Antalyada rusiyalı turistləri daşıyan avtobus aşıb
22:32 21 Sentyabr 2019
91 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Antalya şəhərində rusiyalı turistləri daşıyan avtobus aşıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Antalyada istirahət edən Rusiya vətəndaşlarını hava limanına daşıyan avtobusun aşması nəticəsində 15 turist xəsarət alıb. Onlardan 7-si xəstəxanaya getməkdən imtina edərək hava limanına yollanıb. Digər yaralıların isə müayinə olunduqdan sonra hava limanına yola salınacaqları bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/788162.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR