IAA ziyarətçilərini itirir

IAA ziyarətçilərini itirir
07:12 22 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Frankfurt Beynəlxalq Avtosalonunun (IAA) ilkin yekunları sərginin təşkilatçısı - Almaniya Avtomobil Sənayesi Birliyi (VDA) üçün sevindirici olmayıb. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, 2017-ci ildə yarmarkanı 810 min adam ziyarət edib, onların beşdəbir hissəsi xarici ölkələrdən gəlib. Bu il isə təşkilatçı ən yaxşı halda 500 min ziyarətçi gözləyir.

Bununla əlaqədar olaraq, Birlik tədbirin keçirilməsi konsepsiyasını dəyişdirmək barədə düşünür. Milli.Az xəbər verir ki, VDA-da AZƏRTAC-a bildiriblər ki, artıq gələn ilki yarmarkanın strategiyası üzərində işləyirlər.

VDA etiraf edib ki, sərgiyə gələnlərin sayının azalacağı gözlənilirdi. Birlik bu proqnozu avtosalon iştirakçılarının sayının azalması ilə əlaqələndirir. Məsələn, bu il avtosalonda Yaponiya, ABŞ, Fransa və İtaliyadan avtomobil istehsalçıları görünməyəcək. Bundan əlavə, iqlimi müdafiə edənlər və ekoloqlar avtomobil sənayesini daha sərt tənqid etməyə başlayıblar və IAA-nı hədəf seçiblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/788168.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR