Azərbaycan hərbçiləri bir sıra ikitərəfli və çoxtərəfli hərbi təlimlərdə iştirak edəcəklər

13:53 16 Yanvar 2015
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İlkin İzzət/

Bu il Azərbaycan hərbçiləri Türkiyə, Rusiya və Qazaxıstan Silahlı Qüvvələrinin iştirakı ilə ikitərəfli və çoxtərəfli birgə hərbi təlimlərdə iştirak edəcəklər.

Trend Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 2015-ci ildə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iştirakı ilə Türkiyədə iki hərbi təlimin keçirilməsi nəzərdə tutulur.

«IŞIK-2015» və «Anadolu Kartalı-2015» adlanan Hərbi Hava Qüvvələri təlimlərində iki ölkənin hərbiçilərinin birgə əməliyyatlar keçirmə imkanları artırılacaq.

Eyni zamanda, Türkiyə Silahlı Qüvvələrində keçiriləcək Milli Təlimlərdə Azərbaycan Silahlı Qüvvələrinin heyətinin iştirakı da planlaşdırılır.

Bundan başqa, Xəzər dənizində Azərbaycan-Rusiya və Azərbaycan-Rusiya-Qazaxıstan birgə təlimlərinin keçirilməsi nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2354044.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR