İran prezidenti BMT-də Boris Consonla və Emmanuel Makronla görüşəcək

İran prezidenti BMT-də Boris Consonla və Emmanuel Makronla görüşəcək
02:17 23 Sentyabr 2019
112 Digər
Ölkə mətbuatı
A- A+

Nyu-Yorkda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində İran prezidenti Həsən Ruhani Böyük Britaniyanın baş naziri Boris Consonla görüşəcək.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İranın Prezident Administrasiyası başçının müavini Pərviz İsmaili bildirib.
O, qeyd edib ki, İslam Respublikasının dövlət başçısı həmçinin Fransa prezidenti Emmanuel Makronla, eləcə də Yaponiyanın baş naziri Sindzo Abe ilə bir araya gələcək. Həsən Ruhaninin habelə BMT baş katibi ilə də görüşü planlaşdırılır.
"Prezidentin BMT baş katibi, həmçinin Fransanın, Böyük Britaniyanın və Yaponiyanın liderləri ilə güman edilən görüşləri məsələsi, bu ana qədər həll edilib", - deyə İsmaili bildirib. 


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-ran-prezidenti-bmt-de-boris-consonla-ve-emmanuel-makronla-gorusecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR