7500 il əvvəl yaşamış Anadolu qadını yenidən canlandırıldı

Alimlər Cəbəllütariqdə 1996-cı ildə bir mağarada aparılan qazıntılar zamanı tapılan və 7500 ilə aid olan bir kəllədən istifadə edərək Neolit dövründə yaşayan qadının üzünü yenidən canlandırıblar. Bu qadına "Calpeia" adı verilib. Qadının Anadoludan gəlmiş olması ehtimalı yüksək dəyərləndirilir.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, 6 aylıq çalışma nəticəsində yenidən canlandırılan qadının 30-40 yaşlarında olduğu düşünülür. Üz modelinin çıxarılması üçün onun DNA-sından istifadə edilib. Əvvəlcə qadının rəsmi çəkilib, daha sonra isə 3 ölçülü formada yaradılıb.

Cəbəllütariq Beynəlxalq muzeyinin nümayəndəsi Kliv Finleyson deyib:

"Kəllədən DNA əldə edə bildik Bunun sayəsində qadın haqqında bir çox şeyi öyrəndik. Onun bir qadın olduğunu, qara saçlı və qonur gözlü olduğunu bilirik. Əsl qəribə olan odur ki, qadının genlərindən sadəcə 10%-i yerlilərdəndir. 90%-i Anadolu bölgəsinə aiddir".

Balıq ovlayaraq qidalandığı öyrənilən "Calpeia"nın ölüm səbəbi isə aşkarlanmayıb. Araşdırmaçılar qadının öldükdən sonra kəlləsinin zərər gördüyünü düşünürlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR