Azərbaycanlı milyarderdən bir bəd, bir şad xəbər

Azərbaycanlı milyarderdən bir bəd, bir şad xəbər
13:57 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Vahid Ələkbərov: “Neft 25 dollara qədər ucuzlaşa bilər”
“Bank of Amerika” isə Brent markalı neftin 31 dollaradək ucuzlaşacağını proqnozlaşdırır

Dünya bazarında neftin 1 barelinin qiyməti 25 dollara qədər enə bilər.
 
APA RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın “Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərov deyib.
 
“Qiymət 25 dollara qədər azala bilər. Amma bu sürətli ucuzlaşma qısamüddətli olacaq”, - deyə V. Ələkbərov qeyd edib.
 
Onun fikrincə, 2015-ci il ərzində də neftin qiymətində “sıçrayışlar” olacaq.
 
“Bank of America”nın ekspertləri isə hesab edir ki, bu ilin birinci rübünün sonuna Brent markalı neftin bir barelinin qiyməti 31 dollaradək enə bilər.
 
“Reuters” agentliyi xəbər verir ki, amerikalı bankirlərin proqnozuna görə, “qara qızıl”ın ucuzlaşması ehtiyatların artması hesabına baş verəcək. Mütəxəssislər hesab edir ki, ikinci rüb ərzində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrin neft ehtiyatları 2,83 mlrd. barelə çatacaq.
 
Analitiklərin fikrincə, birinci rübün sonuna WTİ markalı neftin bir barelinin qiyməti 32 dollara qədər azalacaq.
 
Onların proqnozlarına görə, 2015-ci ildə Brent markalı neftin orta qiyməti 52 dollar, 2016-cı ildə isə 58 dollar təşkil edəcək. WTİ neftinin qiyməti  müvafiq olaraq 50 və 57 dollar olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/319341.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR