Suriyaya "cihad"a 330 belçikalı gedib

Suriyaya "cihad"a 330 belçikalı gedib
13:58 16 Yanvar 2015
85 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir Məftun Salmanov/

Belçikada milli təhlükəsizliyə təhdid səviyyəsi yüksəldilib. Trend-in cümə günü "Euronews" telekanalına istinadən verdiyi məlumata görə, Belçika polisi bir neçə şəhərdə antiterror əməliyyatı keçirib.

Ən azı 10 şübhəlinin evində axtarışlar aparılıb.

Məlumata görə, terrorçular polis məntəqələrinə hücum etməyi planlaşdırırmışlar.

Rəsmi məlumata görə, ümumilikdə 330 belçikalı Suriyaya "cihad"a yollanıb. Onlardan 50-si ölüb, 100 nəfər isə Belçikaya qayıdıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2354041.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR