Ofis üçün ən dəbli trikotaj paltarlar - FOTO

Ofis üçün ən dəbli trikotaj paltarlar - FOTO
23:03 23 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Uzun trikotaj donlar mövsümün isti, rahat və ən əlverişli ofis geyimidir. Əgər güllü yay sarafanlarını dərhal cins şalvarlara dəyişmək istəmirsinizsə, payız soyuğu sizi qorxutmasın, trikotaj donlara nəzər salmağa tələsin.

Publika.az xəbər verir ki, boz, qara, zərli, hətta qəhvəyi, qırmızı və boz trikotaj donlar bu mövsüm aktual olacaq. Lakin bu dəfə onların xüsusilə midi versiyaları trenddir.

Asimmetrik kəsimlər və kəmər detalları trikotaj əlbisənin sadələyini azaldıb daha dəbli göstərəcək. Odur ki, bəzək elementlərinə xüsusi diqqət yetirin.

Trikotajda payızın ən şiddətli küləyinə qalib gəlmək şansı yüksəkdir. Parçanın qalınlığı və uzunluğu küləyin onu qaldırmasına imkan verməyəcək. Odur ki, küçədə rahatlıqla addımlaya biləcəksiniz. Trikotaj donlar həm də onunla universaldır ki, onu istənilən ayaqqabı modeli və üst geyimi ilə uzlaşdırmaq mümkündür.

Modapərəstlər üçün bir neçə nümunə təqdim edirik.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/news/deb/291077.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR