Ötən il Azərbaycan Silahlı Qüvvələrində Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə üzrə 5 inspeksiya keçirilib

Ötən il Azərbaycan Silahlı Qüvvələrində Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə üzrə 5 inspeksiya keçirilib
14:02 16 Yanvar 2015
183 Sosial
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 13:59 ]

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Silahlı Qüvvələrində 2014-cü ildə Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə (AASQM) üzrə müxtəlif üzv dövlətlər tərəfindən 5 inspeksiya keçirilib.

Bu barədə APA-ya Müdafiə nazirliyindən məlumat verilib.

 

Ümumilikdə 1992-ci ilin may ayında Azərbaycan Milli Məclisi AASQM-i ratifikasiya etdiyi dövrdən 2014-cü ilin sonunadək Azərbaycan Silahlı Qüvvələrində 109 dəfə inspeksiya keçirilib.

 

Müqavilənin tələblərinə əsasən hər bir dövlət adi silahların 5 növü üzrə ümumi sayın müəyyən edilmiş miqdara çatdırılması öhdəliklərini öz üzərinə götürüb. Müqaviləyə əsasən döyüş tankları, zirehli döyüş maşınları, çapı 100 mm-dən yuxarı olan artilleriya qurğuları, döyüş təyyarələri, zərbə vertolyotları məhdudlaşdırılır.

 

Bundan başqa, «Vyana-2011 Sənədi» üzrə 2014-cü ilin sonunadək Azərbaycan Silahlı Qüvvələrində iştirakçı dövlətlər tərəfindən 55 dəfə “Göstərilmiş rayonun” inspeksiyası və 27 dəfə Qiymətləndirmə səfəri keçirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR