3 ölkə İranla bağlı yazılı açıqlama yaydı - "İranın məsuliyyət daşıdığı aşkardır"

Birləşmiş Millətlər Təşkilatı Baş Asambleyasının 74-cü toplantılarına qatılmaq üçün Nyu-Yorkda olan Almaniya Baş naziri Angela Merkel, Fransa prezidenti Emanuel Makron və İngiltərə Baş naziri Boris Conson ortaq yazılı açıqlama yayımlayıblar.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, "14 sentyabr 2019-cu ildə Səudiyyə Ərəbistan torpaqlarındakı neft təsislərinə edilən hücumları ən güclü şəkildə qınayırıq" ifadələrinə yer verilən açıqlamada Səudiyyə Ərəbistanı ilə həmrəylik mesajı verilib:

"İranın bu məsələdə məsulliyyət daşıdığı aşkardır. Başqa bir uyğun açıqlama yoxdur. Daha çox məlumat əldə etmək üçün aparılan araşdırmanı dəstəkləyirik".

Həmçinin açıqlamada 3 ölkənin İran ilə imzalanan nüvə sazişinə bağlılılıqları qeyd edilib və İran sazişin şərtlərinə əməl etməyə dəvət olunub:

"İranı dialoq qurmağa, provakasiyadan və gərginliyin artmasından yayınmağa dəvət edirik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR