600 manatdan aşağı ən yaxşı 5 smartfon – NİYƏ İNDİ ALMAQ DAHA SƏRFƏLİDİR? (FOTO)

600 manatdan aşağı ən yaxşı 5 smartfon – NİYƏ İNDİ ALMAQ DAHA SƏRFƏLİDİR? (FOTO)
16:01 24 Sentyabr 2019
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Dəbli smartfon və ya noutbuk almaq üçün pul yığmağa vaxt itirməyin! Axı Kontakt Home-da sentyabrın sonunadək bütün telefon və noutbukları ilkin ödənişsiz və 12 ay faizssiz hissə-hissə ödənişlə almaq olar.

Mağazaya pulsuz gəlib smartfonla çıxmaq istəyirsinizsə, məqaləni oxumağa davam edin. Sizin üçün Kontakt Home-da təqdim olunan qiyməti 600 manatdan aşağı ən yaxşı 5 smartfonun siyahısını hazırladıq. Kampaniya daxili aylıq ödənişləri də qeyd etdik ki, hesablamağa vaxt itirməyəsiniz.

Beləliklə, başlayırıq:

Samsung Galaxy A50

Bu smartfona ürək rahatlığı ilə büdcəli flaqman demək olar. Çünki cəmi 599,99 manat qiymətinə rəğmən, özündə flaqman özəlliklərini birləşdirə bilib. 4000 mAh batareya tutumu sayəsində Samsung Galaxy A50 gün boyu enerji saxlayaraq, sizi yarı yolda qoymayacaq. 6,4” Super AMOLED ekranın köməyilə isə smartfonda izlədiyiniz video və şəkillər daha canlı, oyunlar daha rəngli görünəcək. Ultragenişbucaqlı və portret rejimini dəstəkləyən üçlü kamera, barmaq izi skaneri, dual simkart dəstəyi... Bütün bunlar ilkin ödənişsiz, 12 aylıq faizsiz kreditlə ayda cəmi 50 manata!

İndi almaq üçün BURA KLİKLƏ!

Huawei P Smart Z

Qeyri-adi selfi-kameralar mövsümün trendidir. Əlbəttə ki, Huawei bu trenddən geri qalmayıb. P smart Z modeli təkcə yuxarı açılan hərəkətli selfi kamerası ilə deyil, həm də çəkiliş keyfiyyətiylə istifadəçilərin rəğbətini qazanıb. Çərçivəsiz ekranı isə ən qatı perfeksionistin belə zövqünü oxşaya bilər. Çünki ekranın ideallığını pozacaq heç bir əlavə çıxıntı və ya kəsik yoxdur. 6,59” ekran ölçüsü ilk baxışda böyük gələ bilər. Amma erqonomik dizayn hesabına əldə əla oturur. İlkin ödənişsiz, 12 aylıq faizsiz kreditlə ayda cəmi 50 manat ödəyin və P Smart Z-in tükənməz özəlliklərindən yararlanın!

İndi almaq üçün BURA KLİKLƏ!

Nokia 3.1 plus

Əfsanəvi Nokia geri qayıdıb, həm də təmiz Android One əməliyyat sistemiylə! İstər funksionallığı, istərsə də uyğun qiymətinə görə Nokia 3.1 Plus modelini bu siyahıya daxil etməliydik. Smartfonun 3500 mAh-lik güclü batareyası gözləmə rejimində 648 saatadək, danışıq rejimində isə 34 saatadək fasiləsiz işləməyi təmin edir. Metal korpusu smartfonun daxili komponentlərini zərbədən qoruyur və bununla onun çətin şərtlərdə də qüsursuz işləmə prinsipini təmin edir. Nokiasevərlər bu smartfon üçün ayda sadəcə 28 AZN manatlarından keçməlidir.

İndi almaq üçün BURA KLİKLƏ!

Xiaomi Redmi Note 7

48 meqapiksellik əjdaha kamera sloqanı ilə bazara təqdim olunan Xiaomi Redmi Note 7 modelini 2019-un ən perspektivli yeniliyi adlandırmaq olar. Xiaomi-nin ən çox satılan bu smartfonu Snapdragon 660 prosessoru ilə çalışır. Bu prosessor oyun həvəskarları və mobil fotoqraflar üçün idealdır. Redmi Note 7-nin zövqlü dizaynı isə digər brendlərin flaqmanları ilə rəqabət aparacaq səviyyədədir. Quick Charge 4.0 texnologiyası sayəsində smartfonun batareyası 105 dəqiqəyə 100% enerji yığır. Ayda cəmi 42 AZN ödəyin və o sizindir.

İndi almaq üçün BURA KLİKLƏ!

Samsung Galaxy A20

Parlaq və geniş displey, 8 nüvəli Exynos 7884 prosessor və ultragenişbucaqlı kamera – Samsung Galaxy A20 modelini özəl edən xüsusiyyətlərdəndir. Bu smartfon Super AMOLED displeylə təchiz olunub. Bu displeylər tünd rənglərin ötürülməsi zamanı daha az enerji sərf edir, bu isə o deməkdir ki, smartfonda rənglər daha parlaq görünməklə bərabər, batareya da daha uzun müddət enerji saxlayır. Üz tanıma funksiyası və Dolby Atmos səs effektlərini dəstəkləyən audiosistem bu qiymət aralıqlı smartfon üçün fərqləndirici özəllikdir. Kampaniya şərtləriylə ayda cəmi 34 AZN ödəməklə bu büdcəli smartfona sahib ola bilərsiniz.

İndi almaq üçün BURA KLİKLƏ!

Məhsulları elə indi almaq istəyirsinizsə, vaxt itirmədən www.kontakt.az saytına keçin, günün sonunadək arzuladığınız ünvana çatdırılsın. Yox, əgər smartfonları canlı görüm və imkanlarını yerindəcə test edim deyirsinizə, sentyabrın 30-dək Kontakt Home mağazalarına tələsin ki, ilkin ödənişsiz və faizsiz hissə-hissə ödəniş şərtlərini qaçırmayasınız. Qeyd edək ki, bütün smartfonlar 1 illik rəsmi istehsalçı zəmanəti ilə təqdim olunur.

Yeri gəlmişkən, əgər siz “1 Kart” taksit kartına sahibsinizsə, onda sentyabrın sonunadək təkcə smartfonları deyil, hər növ məhsulu 40%-dək endirimlə və 18 aya bərabər bölərək ala bilərsiniz.

Bu fürsətləri qaçırmaq olmaz! Bütün kampaniya və endirimlərlə bağlı suallarınızı həm də *6060 Çağrı Mərkəzinə zəng edərək verə bilərsiniz. Sizə ətraflı məlumat veriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • 600 manatdan aşağı ən yaxşı 5 smartfon – NİYƏ İNDİ ALMAQ DAHA SƏRFƏLİDİR? (FOTO)

  • Məqalədə:
  • Kontakt Home mağazalar şəbəkəsi

Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3123280.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR