DSMF pensiyaçılara nə vəd edir? - VİDEO

DSMF pensiyaçılara nə vəd edir? - VİDEO
14:05 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

TTV (Region TV) xəbər verir ki, 2015-ci ildə respublika üzrə pensiyaların baza hissəsinə və ona əlavələrə 1 milyard 536,5 milyon manat ayrılıb. Bu da 2014-cü ildən 18 milyon manat çoxdur. Əmək pensiyalarının sığorta hissəsinin ödənilməsi üçün nəzərdə tutulan məbləğ isə 1 mlrd. 374 milyon manatdır.

Anar Süleymanov, sektor məsləhətçisi: "2015-ci ildə pensiyaların baza hissəsinə və ona əlavələrə proqnozda göstərilib ki, ümumilikdə 30 milyon 600 min manat, yəni bu, bir il üçün nəzərdə tutulur".

Bu artım pensiya məbləğlərinin 2015-ci ilin yanvarın 1-dən inflyasiya səviyyəsinə uyğun indeksləşdirilmə xərclərinə, habelə qulluq stajına görə əlavələrin artımına, eləcə də sistemə daxil olan və çıxan pensiyaçılar arasındakı fərqin maliyyələşdirilməsinə yönəldiləcək. Bəs pensiyaların sığorta hissəsinin  ödənilməsində vəziyyət necədir?

Anar Süleymanov: "Vətəndaşların pensiya sığorta hissəsinin ödənilməsi üçün 14 milyon 500 min bizə pul lazım olacaq".

Xatırladaq ki, 2015-ci ildə pensiya və müavinətlərin əhaliyə çatdırılması 20 mln. manat ayrılıb. Bu da ötən ilin büdcəsi ilə müqayisədə 0,7 mln. manat çoxdur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR